"Gəncliyimi məhv elədim" - Nazpəri ağladı
31 May 2018 18:07 MədəniyyətXalq artisti Nazpəri Dostəliyeva "Geriyə baxanda" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, həyatından danışan müğənni göz yaşlarını saxlaya bilməyib. O bildirib ki, bütün həyatını ailəsinə həsr edib:
"Bütün çətinliklərə sinə gərdim. Çəkdiyim əziyyətin qədəri yoxdur. Amma mübarizə apardım. İnsanlarla mübarizə aparmıram. Həyatla mübarizə apardım. Mənə böhtanlar dedilər, şantaj etdilər. Dözülməz anlarım oldu, amma dözdüm və bu gün qalib oldum. Bütün böhtanlara gülüb susmuşam. Bir an məni elə ana çatdırdılar ki, bitdim (ağlayır). Bu bacım, bu qardaşım, bu doğmalarım üçün olsun deyə çalışdım. Gəncliyimi məhv elədim".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31