Mədəniyyət
Mədəniyyət Nazirliyində yeni şöbə müdirləri TƏYİN olunub
Kamilə Babayeva hamilədir? - Video
Aparıcı Kamilə Babayevanın sosial şəbəkədə yayılan videosu yeni dedi-qodulara səbəb olub. Ad günü mərasimlərindən birində çəkilən görüntüdə aparıcı rəqs edir. K.Babayevanın videoda qarnının böyük görünməsi diqqətdən qaçmayıb. İzləyicilərin əksəriyyəti aparıcıya “Kamilə hamilədir” sualını ünvanlayıblar.
Həbsdə olan Fədayə Laçının yeganə istəyi...
Bakıda məhbusların qaçması faktına görə həbsdə olan müğənni Fədayə Laçının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş məhkəməyə göndəriləcək. Bu barədə müğənninin vəkil Türkəl Süleymanlı deyib. O bildirib ki, Fədayə Laçının vəziyyəti hazırda normaldır. Yeganə istəyi azadlığa qovuşmaqdır.
Azərbaycanın peşəkar fotoqrafı vəfat etdi
Tanınmış fotomüxbir və peşəkar fotoqraf, Əməkdar Jurnalist və Əməkdar İncəsənət Xadimi, “Şöhrət” ordenli Yaşar Xəlilov 84 yaşında dünyasını dəyişib. 1934-cü il aprelin 11-də Bakıda anadan olan Yaşar Xəlilov əmək fəaliyyətinə “Azərbaycan gəncləri” qəzetinin idman şöbəsində başlayıb və bunun maraqlı tarixçəsi var. Atası ona təzə fotoaparat bağışlayır. Yaşar fotoaparatı götürüb dostları ilə birlikdə Bakıdakı Dağüstü Parka gedir.
“Evli kişinin məşuqəsi olaram” deyən Könül: “Kabinetdə ehtirasla üstümə cumub, məni...” - VİDEO+FOTOLAR
“Ul(duz)lu söhbət”in növbəti qonağı son vaxtlar açıq-saçıq geyimləri ilə gündəmi bir-birinə vuran tanınmış aparıcı Könül Yusifqızıdır. Səmimi etiraflarından xoşum gəldi. Amma bu müsahibədən sonra, onu özü demişkən, baltalamasalar yaxşıdır. – Açıq-saçıq geyimlərinə görə səni loru dillə desəm, “asıb-kəsənlər” az olmadı… Bu səni qıcıqlandırdımı?
Mövsümə “O olmasın, bu olsun”la yekun vurulacaq
Azərbaycan Dövlət Musiqili Teatrı iyul repertuarını açıqlayıb Olaylar.az repertuarı təqdim edir: 1 iyul - Ü.Hacıbəyli. “Ər və arvad” 6 iyul - Ü.Hacıbəyli. “Arşın mal alan” 7 iyul - Ə.Əmirli. “Nuri-didə Ceyhun”
“Qılınc və qələm” romanı Türkiyədə
Yazıçı, şair, dramaturq Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı iki cilddə çap edilərək türkiyəli oxucuların ixtiyarına verilib. Roman qurumun dəstəyi və “Zengin Yayıncılık” nəşriyyatının təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində çap edilib.
"Nazənin pul verib məni həbs etdirmək istəyir"
Təranə Qumral ilə Nazənin arasındakı qalmaqal yeni mərhələyə qədəm qoyub. Nazənin son müsahibəsində Təranə barədə verdiyi açıqlamada ikinci tərəfin onu ölümlə hədələdiyini iddia edib. Daha sonra ifaçı bildirib ki, Qumral onu nömrəsiz maşınlarla təqib edir, tanımadığı nömrələrdən zəng vuraraq qorxudur. Təranə Qumral isə açıqlamasın bunları konkret olaraq şər-böhtan adlandırıb:
Sənət Mərkəzi müsabiqə elan edir
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Mənim yay tətilim-2018” respublika uşaq rəsm müsabiqəsi elan olunur.
Məşhur İran filmi nümayiş olundu
İran Mədəniyyəti Günləri çərçivəsində iyunun 28-də Nizami Kino Mərkəzində rejissor Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” bədii filmi nümayiş etdirilib. Olaylar.az buildirir ki, ilk olaraq çıxış edən əməkdar İncəsənət Xadimi Ayaz Salayev İran kinosunun yeniliklərindən söz açıb. Kinoşünas Ayaz Salayev bildirdi ki, iranlı kinematoqrafçılar real hadisələri ekrana gətirməklə tamaşaçıları həyata daha geniş gözlə baxmağa sövq edir.
.jpg)













