Qazax müğənninin Bakı fotosesiyası tənqid edildi: “Meriya hara baxır?”

Qazaxıstanın məşhur müğənnisi Kamşat Joldıbayovanın sosial şəbəkədə yayılan fotoları sərt reaksiyalara səbəb olub.

Müğənni əvvəlcə fotoların çəkildiyi geri gizli saxlamaq istəsə də, bir müddət sonra çəkilişlərin bir neçə həftə dincəldiyi Bakıda lentə alındığını bəyan edib.

"Bəli dostlar, mən Xəzərin o biri sahilində, möcüzələr diyarı Bakıdayam. Bu gözəl şəhərdə əsrlərdən gələn gözəl atmosfer var. İstirahətin birinci günü anamla çox zəngin təəssürat aldıq", - deyə Kamşat yazıb.

Amma bir çox izləyicisi müğənninin anası ilə istirahət etdiyinə inanmayıb. Çünki fotoların hamısında Kamşat dərin dekoltye ilə poza verib. Hətta Bakı meriyasını ittiham edənlər də tapılıb: "Sizin fotoları ananız çəkir? İnanmıram. Bakı şəhər icra hakimiyyəti hara baxır?"

Bununla belə, fotoları bəyənən və Kamşatı Monika Beluççi ilə müqayisə edənlər də tapılıb.
Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31