Oksana hamiləliyini bu paylaşımı ilə təsdiqlədi
28 İyun 2018 15:08 MədəniyyətXəbər verdiyimiz kimi, rəqqasə Oksana Rəsulova süni mayalanma yolu ilə ana olmağa hazırlaşır.
Sənətçi 7 aydır hamilə olmasına baxmayaraq xəbəri təsdiqləmir, mediadan qaçır. O, heç bir tədbirə, verilişlərə qatılmır.
Bu gün isə Oksana İnstaqramda yeni fotolarını paylaşıb. Şəkildə qarnını gizlədən sənətçi ilə yanaşı həkimi, mama-ginekoloq da yer alıb.
Oksana "Mənim gözəlürəkli, gözəlqəlbli, ən əsası hər bir xəstəsinə sevgisini paylaşa biləcək həkimim, öz işinin peşəkarı. 5 ildir sizi tanıyıram və yanılmamışam" sözlərini qeyd edib.
Qeyd edək ki, Oksana reper həyat yoldaşı Elşad Xose ilə qalmaqallı şəkildə ayrılıb.

Axsam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31