"Şəhid sevgililər" - Əbülfət İslam

Şair Əbülfət İslamın "Şəhid Sevgililər" kitabı təqdim olunub. 

Olaylar.az xəbər verir ki, "Şəhid sevgililər" şairin 6-cı kitabıdır. 

Kitabın redaktoru və ön sözün müəllifi, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, şair-publisist, Əli Rza Xələfli bildirib ki, "Kitabda şairin ömrünün son çağlarında qələmə aldığı rübailər də ilk dəfə oxuculara təqdim olunur. Bu, çox dəyərli ədəbi örnəklərdə dünyaya, insana, həyata münasibət, dövrün təzadlarına qiymət ermək istəkləri açıq-aşkar duyulur. Bir çox hallarda şair oğluna müraciətlə həyatla bağlı qənaətlərini, düşüncələrini qələmə alır, sözə gətirir". 

Qey edək ki, Əbülfət İslam 2017-ci il avqust ayının 25-də vəfat edib və doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndinin məzarlığında dəfn olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31