Mədəniyyət

X Beynəlxalq Musiqi Festivalı başa çatdı

27 Sentyabr 2018 13:13

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalına yekun vurulub. Heydər Əliyev Mərkəzində keçirilən festivalın bağlanış mərasimində elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Gənc mədəniyyət işçiləri güclərini idmanda sınadılar

26 Sentyabr 2018 14:26

Sentyabrın 25-də Qusar rayonunun Olimpiya Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında mini futbol üzrə II Ümumrespublika MEMM kuboku keçirilmişdir.

Rusiya Böyük Teatrının ulduzları “Qu gölü” baletində

26 Sentyabr 2018 13:56

Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcəkdir.

50-ci mövsüm “Zülmətdə nur” tamaşası ilə açıldı

26 Sentyabr 2018 13:30

Sumqayıt Dövlət Dram Teatrının 50-ci mövsüm açılışı oldu.

Xalq artistləri “Şur dünyası”da

26 Sentyabr 2018 13:28

Beynəlxalq Muğam Mərkəzində “Şur dünyası” adlı konsert olub. Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edilən konsert proqramı Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı ilə birgə reallaşdırılıb.