Kiyevdə azərbaycanlı tədqiqatçı Teymur Atayevin kitabının təqdimatı keçirilib

Kiyev şəhərində Səməd Vurğun adına kitabxanada azərbaycanlı tədqiqatçı, görkəmli publisist, politoloq Teymur Atayevin kitabının təqdimatı keçirilib. "OLAYLAR" Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki,  müəllifin "Rusiya, Ukrayna, Belarus və Baltikyani ölkələrin əraziləri uğrunda geosiyasi mübarizənin tarixi" adlı kitabının Ukrayna dilində, "Ukraynada islam: keçmiş, indi və gələcək" adlı kitabının isə rus dilində təqdimatı olub.

Tədbir Səməd Vurğun adına kitabxana, İslam Mədəniyyət Mərkəzi və jurnalist Qonçaruk Marinanın təşkilatçılığı ilə keçirilib.

"Ukraynada islam: keçmiş, indi və gələcək" adlı kitab Ukraynadakı müsəlman icmasının tarixi və müasirliyinə həsr edilib. Eyni zamanda, 10 əsrdən artıq zamanda Ukraynada islam dininə sitayiş edən etnik ukraynalılar və digər xalqların birgə keçdiyi tarixi yolu əks etdirən mühüm hadisələr və proseslərlə bağlı qeydlərin yer alacağı gözlənilir.

Kitabların növbəti təqdimatı İslam Mədəniyyət Mərkəzinin dəstəyi ilə Lvov Kitab Forumunda olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31