Bir problemimiz var…” - İlkin Həsəni xanımı barədə görün, nələr yazdı
26 Sentyabr 2018 12:58 MədəniyyətAparıcı İlkin Həsənli həyat yoldaşı Ayselin ad gününü təbrik edib.
Aparıcı bu barədə sosial şəbəkədə yazıb:
"Bilirsən, xoşbəxtlik səbəbi olmayan yeganə bir duyğudur... Sevirsən - xoşbəxtsən, sevilirsən - xoşbəxtsən, yaşayırsan - xoşbəxtsən. Bilirsən necə gözəl bir hissdir həmxasiyyət olmaq? Bəli, bilirsən!
Bilirsən, necə gözəl duyğudur, biləndə ki, sən səhv olanda səni başa düşəcək biri var? Sənə dəstək olan, sevən, güvənən, sənə sən qədər yaxın olan biri...
Bəli, bu insan sənsən. Doğum günün mübarək, ağıllım. Həll edə bilmədiyimiz cəmi bir problemimiz qalıb, diş məcununu ortadan basıb sıxmaq problemi.
Onu da növbəti 26 sentyabra kimi həll etsən, daha çox sevəcəm səni".
Qeyd edək ki, cütlüyün bir qız övladı var.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31