Naibə Allahverdiyevanın plastik əməliyyatı

Gənc Tamaşaçılar teatrının aktrisası, əməkdar  artist Naibə Allahverdiyeva plastik əməliyyat keçirib. Hazırda özünü normal hiss etdiyini deyən aktrisa səhhətindəki ən son durumu ilə bağlı "Olaylar"a danışdı:  "Dünən şəhərin ən tanınmış klinikalarından olan Medical Plaza"-da 5 saat əməliyyat keçirdim. Özümdə ağrılar hiss etdiyimdən bu addımı atdım. Qarın nahiyəmdə çapıq var idi. Çapıqla əlaqədar olaraq bədənimdə ağrılar var idi. Həmçinin bədənimin  bəzi nahiyələrindən də əməliyyat olundum. Bu əməliyyat arıqlamağıma da öz müsbət təsirini göstərəcək". 
Səhhəti ilə bağlı mətbuatda doğru olmayan informasiyaların yayılmasına aktrisa bu cür münasibət bildirdi: "Zəng vurub mənə deyirlər ki, Naibə хanım, nə üçün sifətinizdən əməliyyat olundunuz? Sizin qəzet vasitəsilə demək istəyirəm sifətimdən yoх, bədənimdən əməliyyat olunmuşam.  Sifətimə nə olub ki. Hazırda həkimlər də yanımdadırlar. Tez-tez səhhətimlə maraqlanırlar. Yəqin ki, iki gün də хəstəхanada qalacam". 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31