“Civan Qasparyan yalan danışır” - Alim Qasımov
28 Avqust 2012 14:04 MədəniyyətAzərbaycan milli musiqi aləti olan balabanın erməni ifaçısı Civan Qasparyan "İzvestiya" qəzetinə müsahibəsində xalqlar arasındakı münasibətlərdən danışarkən, bildirib ki, o, hətta bir dəfə Alim Qasımovla birgə ifa edib: "Bütün bu düşmənçiliyi yayan siyasətçilərdi".Modern.az muğam ustadı, xalq artisti Alim Qasımovdan açıqlama alıb. Xalq artistinin sözlərinə görə, bu tamamilə yalan məlumatdır:"Biz heç vaxt onunla birgə çalıb-oxumamışıq. O, yalan deyib. 5 il öncə Danimarkada festival keçirilirdi. Onlar yarım saat öz proqramları ilə çıxış etdilər, biz də 45 dəqiqə öz proqramımızla çıxış etmişik. Mən, qızım Fərqanə və öz ansamblımız. Yəni eyni səhnədə ayrı-ayrı vaxtlarda öz proqramımızla çıxış etdik, vəsalam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31