Hürrəm Sultan futbolda

"Möhtəşəm Yüzil"in Hürrəm Sultanı Məryəm Uzerli bu dəfə futbol izləməyə gedib."Qafqazinfo"nun məlumatına görə, o, Beşiktaş-Qalatasaray derbisini izləyənlər arasında olub. Məşhur aktrisa atası ilə bərabər stadiondan məhtəşəm qarşılaşmanı izləyib. Stadiondakı fanatları Hürrəm Sultanla şəkil çəkdirmək üçün sıraya düzülürkən o, isə Qalatasarayın ulduz futbolçusu Hamit Altıntopla şəkil çəkdirmək istəyib.Nəhayət, Hürrəm Sultanın arzusu reallaşıb və o, oyundan sonra Altıntopla bərabər şəkil çəkdirib. İki ulduzun şəklini isə klub idarəçisi Əbdürrəhim Albayraq çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31