Dünya şöhrətli musiqiçidə xərçəng aşkarlanıb

Dünya şöhrətli pianoçu Van Kliverndə sümük xərçəngi tapılıb. "OLAYLAR"ın məlumatına görə, məhşur piano ustası müayinə edilərkən onda belə bir xəstəliyin olduğu müəyyənləşib. Qeyd edək ki, Van Klivern 3 yaşından piano ifa edir və 13 yaşında Hyuston simfonik orkestrinin müşaiyəti ilə ilk solo konsertini verib. Klivern dünyanın əksər prezidentləri qarşısında piano ifa edib və qiymətli mükafatlar alıb. Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama məhşur pianoçuya şəxsən mükafat təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31