Ruhi yeni layihəyə dəvət alıb
28 Avqust 2012 12:03 MədəniyyətBu yaxınlarda əkiz uşaq dünyaya gətirən, keçmiş müğənni, hazırda isə biznes-ledi kimi tanınan Ruhiyə Əliyeva yeni layihəyə təklif alıb.
Lent.az-ın məlumatına görə, sözügedən layihənin ATV telekanalında reallaşdırılması nəzərdə tutulur.
Məlumata görə, layihə Türkiyə televiziyalarında efirə gedən verilişlərin Azərbaycan versiyasının əsasında hazırlanacaq. Ruhi edilən təklifə müsbət cavab verərsə, həmin layihədə münsiflər heyətində çalışacaq. Hələlik layihənin nə zaman reallaşacağı bəlli deyil.
Qeyd edək ki, Ruhi hazırda Hüseyn və Həsən adlı əkiz oğlanları ilə birlikdə Bakıda yaşayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31