Məşhur türk aktrisanın "əcaib" nikahı: indi nə olacaq?
28 Avqust 2012 11:51 MədəniyyətTürkiyənin məşhur aktrisalarından biri, 43 yaşlı Meltem Cumbulun özündən 14 yaş kiçik, 29 yaşlı Alican Özbaşa ərə getməsi ər və arvadın yaşları ilə bağlı yeni müzakirələrə səbəb olub.Cumbul təki gənc ər və ya sevgili sahibi olan qadınlar aktrisanı dəstəkləyir, "yaş yox, beyinlərin uyğun gəlməsi önəmlidir" deyirlər.Milli.Az Milliyet-ə istinadən bildirir ki, Cumbulun qayınatası Erol Özbaş bu nikahı əsla qəbul etmir."Bu gedişlə oğlum hələ 3-4 dəfə evlənəcək adam təsiri bağışlayır. Ailənin də öz riyaziyyatı var. Qadının yaşı böyük, ər isə gənc olanda o ailə uzunmüddətli olmur. Qadın yaşlandıqca kişi başqa qadınlarla əlaqələr qurur, çünki arvadından narazı qalır. Bu səbəbdən də yaşlı arvadla cavan ərin nikahı uzun sürməz", - Özbaş deyib.Ailə və nikah terapevti İlkim Öz olayla bağlı deyib: "Ərlə arvad arasında 5 yaş fərqi normal sayıla bilər. Lakin 14 illik fərq istər arvad, istər də ər üçün yaxşı deyil və onları risk qrupuna daxil edir. Yaşlı arvadla cavan ərin həyatında aktivlik fərqi, yorğunluq problemləri yarana bilər. Lakin ərlərindən yaşca böyük olan qadınların son dərəcə aktiv, dinamik və gənc ruhlu insanlar olduğunu da görürük. Bu, risk amilini azaldır və bəhs etdiyim məqam Meltem Cumbul üçün də keçərlidir. Əgər kişi özündən 14 yaş böyük qadınla ailə qurubsa, deməli, onun gözündə həmin qadın böyük dəyərə malikdir".Bir çoxları isə Cumbulun ərinin onu məşhurluğuna və puluna görə aldığını deyir, sözügedən nikahı "əcaib" adlandırırlar.