Belarusun xalq artistini Ukraynada öldürdülər
28 Avqust 2012 11:18 MədəniyyətYakov Naumenkonu naməlum şəxs parkda döyüb. Anspress xəbər verir ki, Belarusun xalq artisti Yakov Naumenko Ukraynanın Stavropol şəhərində qətlə yetirilib. UNİAN agentliyinin məlumatına görə, xalq artisti Stavropola qohumlarına baş çəkməyə gedibmiş. Şəhərdəki Naximov meydanında onun naməlum şəxslə mübahisəsi yaranıb. Nəticədə Yakov Naumenko bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb. O, xəstəxanada 7 gün qalıb və avqustun 26-da dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31