Məhşur serialların ssenari müəllifi öldü
Açıkgöz Azərbaycan tamaşaçılarına da tanış olan “En son babalar duyar”, “Çocuklar duymasın” seriallarının ssenarisini yazıb
28 Avqust 2012 10:56 MədəniyyətTürkiyənin tanınmış ssenari müəllifi Metin Açıkgöz vəfat edib. Türkiyə mətbuatının məlumatına görə, 2 həftə əvvəl beynindən əməliyyat olunan Açıkgöz ötən gün infarkt nəticəsində dünyasını dəyişib.
1963-cü ildə Türkiyənin İzmir şəhərində dünyaya gələn Metin Açıkgöz Azərbaycan tamaşaçılarına da tanış olan "En son babalar duyar", "Çocuklar duymasın", "Çocuklar ne olacak", "Sonradan görmə", "İki arada aşk", "Yalançı romantik" seriallarının ssenarisini yazıb.
Qeyd edək ki, Açıkgöz yeni mövsümdə Türkiyənin ictimai kanalı TRT-də yayımlanması nəzərdə tutulan "Zengin kız, fakir oğlan" serialının da ssenarisini yazırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31