Ulu Öndər Heydər Əliyevin sevimli şeiri Məkkədə VIDEO

Xalq şairi  Zəlimxan Yaqub bəstəkar  Sevinc Tofiqqızına xeyir-dua verib.  Səbəb isə bəstəkarın xalq şairinin "Məkkədə" şeirinə bəstələdiyi musiqi olub. 
"Olaylar"a açıqlamasında  Z. Yaqub  Sevinc Tofiqqızının onun "Məkkədə" şeirinə bəstələdiyi musiqisindən söz açaraq bunları deyib: " Mən eşidəndə ki, Sevinc xanım mənim "Məkkədə" şeirimə musiqi bəstələyib və bu mahnı insanlar tərəfindən sevilib çox şad oldum. Mahnını dinləyəndə  kövrəldim. "Məkkədə" şeirinin maraqlı bir tarixçəsi var. İllər öncə Ulu Öndər Həydər Əliyev mənə dedi ki,  "Zəlimxan bir çox şairlərə demişəm səndə deyirəm   dini mövzularda şeirlər yazıb -yaradın. Bu xalqımız və bizim üçün çox önəmlidir". Məndə o zaman "Məkkədə" şeirini yazmışdım. Dedim cənab prizdent artıq yazmışam və "Məkkədə" şeirini onun üçün söylədim  çox bəyəndi. Məhz,  Sevinc xanımın təsadüfən bizim Ulu Öndərimiz Heydər Əliyevin çox bəyəndiyi şeiri seçib musiqi  yazması məni çox sevindirdi və kövrəltdi. Mən ona öz təşəkkürlərimi bildirirəm. İnanıram ki, bundan sonra,  Sevinc xanım mənim başqa şeirlərimdə musiqiləri ilə həyat verəcəkdir". "OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31