Aşıq Tellinin toyu çox dəbdəbəli olacaq
"Mənə deməsin ki, niyə filankəslə öpüşdün"
21 Oktyabr 2014 15:00 MədəniyyətAşıq Telli Borçalı meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgi yaşaması ilə bağlı gəzən söz-söhbətə aydınlıq gətirib. Anspress-in məlumatına görə, xanım aşıq "Şou-Məkan" verilişinə müsahibəsində Namiq Qaraçuxurlunu bir insan kimi çox sevdiyini, lakin aralarında sevgi yaşanmadığını deyib: "Onu gözəl insan kimi, meyxanaçı, sənətçi kimi çox sevmişəm, amma sevgi-filan olmayıb". Sevənlərinin çox olduğunu açıqlayan Telli, sevgisiz yaşaya bilmədiyini bildirib: "Heç inanarsızmı məni sevən olmasın? Həyatımda biri vardı, amma çox qısqancdı. Axı mən sənətçiyəm, mənə çox zənglər gələ bilər, çoxları ilə danışıb gülə bilərəm. Mənə deməsin ki, niyə filankəslə çox gülüb danışdın, niyə öpüşdün. Mənim sənətimdə qısqanmaq düzgün alınmır". Aşıq Telli Borçalı hətta efir vasitəsilə ona aşiq olan kişilərə mesaj göndərməyi unutmadı: "Telefonuma çoxlu sevgi mesajları gəlir. Mənə sənətdə qalmağa icazə verəcəklərinə söz verirlər, sonra isə qısqanmağa başlayırlar. Bir müddət keçdikdən sonra görürsən ki, məni sənətdən uzaqlaşdırmaq istəyir. Mən bununla razılaşa bilmərəm. Xasiyyətlərini dəyişməsələr boş şeydir. Mənimlə razılaşan biri olacaqsa ona ərə gedəcəm". Sənətçi şərtləri ilə razılaşacaq biri ilə rastlaşarsa, toyunu çox dəbdəbəli şəkildə düzənləyəcəyini söyləyib.