Bakıda güclü partlayış
Şirniyyat sexindəki partlayış bir nəfərin yaralanmasına səbəb olub
21 Oktyabr 2014 14:41 MədəniyyətBu gün saat 12 radələrində Bakının Suraxanı rayonu ərazisində güclü partlayış olub. Anspress-in hadisə yerində olan müxbiri Ruslan Eldaroğlunun Anspress-ə verdiyi məlumata görə, hadisə Yeni Suraxanı qəsəbəsi Malik Mustafayev 5 ünvanında yerləşən şirniyyat sexində qeydə alınıb. Hadisə nəticəsində sexin işçisi 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Həsənov ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər. İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31