Hüseyn Arifin 90 illiyi qeyd olunacaq

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 20 oktyabrda Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi Hüseyn Arifin 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. Bir çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturlarının iştirak edəcəyi tədbirdə Hüseyn Arifin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Habelə, şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunacaq, şairlə bağlı maraqlı videoçarx göstəriləcək. 1924-cü ildə Ağstafa rayonunda doğulan Hüseyn Arif zəngin ədəbi həyat yolu keçib, yaradıcılığını xalq və aşıq poeziyası üzərində kökləyən, şifahi və yazılı ədəbiyyatın vəhdətində yazıb-yaradan bir sənətkar olub. Qırx ilə yaxın ədib fəaliyyəti olan şair öz yaradıcılıq üslubu ilə aşıq poeziyasını zənginləşdirib, dövrün aktual məsələlərini əsərlərində əks etdirməklə ədəbiyyatımıza yeni nəfəs gətirib. Şairin şeirlərinə dillər əzbəri olan çox sayda musiqilər bəstələnib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31