“Yeddi gözəl” baleti ABŞ-da rezonans doğurub
17 Oktyabr 2014 15:04 MədəniyyətAzərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baleti ilk dəfə nümayiş etdirilib.
Azərbaycan balet sənətinin incisi olan "Yeddi gözəl"in Amerikada səhnələşdirilməsi geniş rezonans doğurub. Bu xüsusda ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun apardığı təbliğat işi də mühüm rol oynayıb. Premyera ərəfəsində baş konsulluq tərəfindən "UT San Diego" qəzetində tamaşa ilə bağlı məqalə dərc olunub. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31