İlhamə Quliyevadan xəbərdarlıq: "Varlı kişilərdən əl çəkin!"

"Mənim əlimdə faktlarım var, özünüzü yığışdırın!"

Xalq artisti İlhamə Quliyeva şou-biznesdə yaradılmış mafiyaya xəbərdarlıq edib.ANS PRESS-in məlumatına görə, ANS TV-nin "Günə Baxan" proqramının qonağı olan xalq artisti birbaşa yayımda inanılmaz açıqlamar edib."Bizim şou-biznesdə bir mafiya yaradılıb. Bu insanlar gedirlər Dubaya, oradanda bir adaya. Orada bizim vəzifəli, pullu şəxsləri, bizim hörmətli oğullarımızı cadular etdirirlər. Məqsəd onların pullarını ələ keçirməkdir. Mən buradan onlara xəbərdarlıq edirəm, yığışdırın özünüzü! Yoxsa sizi hər yerdə biabır edərəm. Mənim əlimdə faktlarım var. Yenə də deyirəm, özünüzü yığışdırın!".İlhamə Quliyeva onun ölümü üçün də cadu edildiyini açıqladı: "Dəfələrlə mənim ölümüm üçün cadu ediblər. Amma gördüyünüz kimi mən hələ də sağam. Məni Allah yaradıb, o da istədiyi zaman canımı alacaq!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31