Budapeştdə Azərbaycan milli rəqsləri

Hər il oktyabrın 3-dən 18-dək Budapeştdə Müasir İncəsənət Festivalı (Payız festivalı) keçirilir. Builki festival çərçivəsində şəhərin müxtəlif hissələrində 100-dən artıq mədəniyyət tədbiri baş tutub. Macarıstan paytaxtı sakinlərinin maraqla izlədikləri proqramlardan biri də Budapeştin 6-cı rayonunda yerləşən Azərbaycan səfirliyinin dəstəyi və Terezvaroş Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib. Səfirlikdən Trend-ə verilən məlumata görə, Bakı Xoreoqrafiya Məktəbinin yetirməsi, hazırda Macarıstanda yaşayan Viktoriya Podolskayanın ifasında Azərbaycan milli rəqslərindən ibarət rəngarəng proqram festival iştirakçılarının böyük marağına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31