Məşhur türkiyəli müğənni xəstəxanalıq oldu

Məşhur türkiyəli müğənni və aktyor Berdan Mardini serial çəkilişi zamanı zəhərlənib. Lent.az-ın habertürk-ə istinadən məlumatına görə, alov səhnəsi zamanı B.Mardini tüstüdən zəhərlənib və huşunu itirib. Onu dərhal xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra aktyor özünə gəlib və yenidən çəkiliş məkanına qayıdıb. Jurnalistlərə açıqlama verən B.Mardini bunları deyib: "Serialda belə, alov təhlükəsini hiss etmək qorxulu idi. Allah hər kəsi yanğından qorusun". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31