Bakıda istintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alındı
14 Oktyabr 2014 17:57 MədəniyyətBakıda 3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Vüqar Şahismayıl oğlu Əmrahovun yanına qəsamüddətli görüşə gəlmiş anası - Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 14, mənzil 1 ünvanında qeydiyyatda olan vətəndaş Şəfiyə Süleyman qızı Əmrahovanın üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əynində olan pencəyin cibindən içərisində "Sim" və "Nar" danışıq kartları olan 1 ədəd "Samsung Duos" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, V.Əmrahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilib və hazırda Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.