Aygün Kazımovaya şok iddia!

“Ola bilsin nəyəsə nail ola bilməyib və ona görə də mənim qarşımda belə bir “qara piar”la məşğul olur”

Türkiyə mətbuatında Azərbaycanın xalq artisti Aygün Kazımovanın İstanbuldakı evini əxlaqsızlıq yuvası kimi istifadə etməsi barədə məlumatlar yayılıb. Məsələ ilə əlaqədar İstanbul İnsan Alverinə qarşı Mübarizə İdarəsi Aygün Kazımovanın evində əməliyyat keçirib. Nəticədə 20-yə yaxın əxlaqsız saxlanılıb. "Fahişə şəbəkəsi"-nə Türkiyə və Azərbaycanda məşhur olan stilist Ramazzonun başçılıq etdiyi bildirilir. Ramazzo qadınları məşhur işadamlarına 1000 dollardan təklif edirmiş. Manikenlərini fahişəliyə məcbur etdiyi bildirilən Ramazzo Roma Türkiyəyə gəldiyi ilk günlərdən mavi, daha sonra isə fahişə alveri ilə məşğul olub. Bundan əvvəl də bir neçə dəfə qadın alverində adı hallanan stilist növbəti dəfə hüquq mühafizə orqanlarının hədəfinə tuş gəlib. Son əməliyyatlarda Ramazzonun ən yaxın rəfiqəsi kimi tanınan Aygün Kazımovanın evindən 5-i xarici olmaqla 20-yə yaxın fahişə çıxarılıb. Araşdırmalarda saxta sənədlərlə yanaşı müxtəlif ləvazimatlar da müsadirə edilərək götürülüb. Şəbəkənin Ukrayna, Azərbaycan və Rusiyadan gətirdikləri qızları fahişəliyə məcbur etdikləri bildirilir.

"Bunu edən məni istəməyən vəzifəli bir şəxsdir"

Məsələ barədə məlumat ANS TV-nin "Salam Azərbaycan" proqramının aparıcısı Aytən Səfərova tərəfindən verilib. Məsələnin Azərbaycan mediasında ictimailəşməsindən sonra Aytən Səfərova xalq artistilə əlaqə saxlandığını və bu xəbərdən Aygünü özünün belə şokda olduğunu bildirib. Canlı efirə qoşulmaq istəməyən Aygün Kazımova Türkiyədəki evində çoxlu sayda kameraların olduğunu, evinin daima nəzarətdə olduğunu, icazəsiz heç kimin evə daxil ola bilməyəcəyini deyib. Onun sözlərinə görə, onun evində heç vaxt bu qədər insan olmayıb. "Bunu edən məni istəməyən vəzifəli bir şəxsdir. Ola bilsin nəyəsə nail ola bilməyib və ona görə də mənim qarşımda belə bir "qara piar"la məşğul olur" - deyən xalq artisti həmin vəzifəli şəxsin adını açıqlamaq istəməyib.

Saxta podiumda fahişə reaklamı

Adı xüsusilə bu tipli qalmaqlallarda tez-tez hallanan Ramazzo ləqəbli stilist Ramaz Şamanaurinin liderlik etdiyi şəbəkə 2012-ci ildə 8 aylıq polis təqibindən sonra ələ keçmişdi. Araşdırmalar zamanı stilistin qadınları zorən fahişəliyə cəlb etdiyi bəlli olub. Məlum olub ki, Ramazzo kişi müştərilərini "kürü", qadınları isə gözəlliyinə görə, müxtəlif zinət əşyalarının adları ilə çağırıb. Şəbəkədə fahişəliklə məşğul olmaq "qəhvə içmək", əldə edilən pullar isə "cd", "əmanət" adlandırılır. İddiaya görə, Ukraynada modelliklə məşğul olan bəzi qadınların "web" səhifələrində əvvəlcə kişi müştərilərinə göstərilir. Seçimini edən müştəri bəyəndiyi qadının təyyarə bileti və digər xərclərini ödəyərək Ramazzo ilə anlaşır. Daha sonra Türkiyəyə gətirilən qızlar saxta podiuma çıxarılır və müəyyən məbləğlər qarşılığında kişilərə satılır.

Mənsur Rəğbətoğlu
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31