Yaşar Cəlilov “Bu şəhərdə” olub
14 Oktyabr 2014 16:40 MədəniyyətMüğənni Yaşar Cəlilov Heydər Əliyev adına Sarayın səhnəsinə çıxıb. "OLAYLAR"ın məlumatına görə, o, "Bu şəhərdə" Teatrının "UZİ-n ağ olsun" adlı konsert proqramında çıxış edib. Y. Cəlilov şou-proqramda bu ilin sevilən mahnılarından olan "Qonşu"nu ifa edib. Xatırladaq ki, kompozisiyanın sözləri Azər Şirinə, musiqisi isə Tərlan Məmmədhüseynova məxsusdur.
Qeyd edək ki, şou-proqram "Bu şəhərdə"nin 14 illiyinə həsr edilib. Proqramda Y. Cəlilovla yanaşı Babək Niftəliyev, Ehtiram Hüseynov, Arzu Əliyeva, Rəşad İlyasov da öz mahnı töhfələrini tamaşaçılara təqdim ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31