Polisdən Aygün Kazımova və məşhur stilistin “fahişə şəbəkəsi”nə ağır zərbə-YENILƏNİB

Türkiyənin İnsan Alverinə qarşı Mübarizə İdarəsi azərbaycanlı müğənni Aygün Kazımovanın İstanbuldakı evində əməliyyat keçirib. Nəticədə 20-yə yaxın əxlaqsız qadın həbs edilib. "Fahişə şəbəkəsi"-nə Türkiyə və Azərbaycanda məşhur olan stilist Ramazzonun başçılıq etdiyi bildirilir. Ramazzo qadınları məşhur işadamlarına 1000 dollardan təklif edirmiş. Manikenlərini fahişəliyə məcbur etdiyi bildirilən Ramazzo Roma Türkiyəyə gəldiyi ilk günlərdən mavi, daha sonra isə fahişə alveri ilə məşğul olub. Bundan əvvəl də bir neçə dəfə qadın alverində adı hallanan stilist növbəti dəfə hüquq mühafizə orqanlarının hədəfinə tuş gəlib. Son əməliyyatlarda Ramazzonun ən yaxın rəfiqəsi kimi tanınan Aygün Kazımovanın evindən 5-i xarici olmaqla 20-yə yaxın fahişə çıxarılıb. Araşdırmalarda saxta sənədlərlə yanaşı müxtəlif ləvazimatlar da müsadirə edilərək götürülüb. Şəbəkənin Ukrayna, Azərbaycan və Rusiyadan gətirdikləri qızları fahişəliyə məcbur etdikləri bildirilir. Xatırladaq ki, Aygün Kazımova xəbəri təkzib edib. Onu da qeyd edək ki, xəbəri ilk ANS TV-nin "Salam Azərbaycan" verilişi yayıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31