Xuraman Şuşalı üçüncü dəfə hamilədir
14 Oktyabr 2014 13:16 MədəniyyətMüğənni Xuraman Şuşalı üçüncü dəfə ana olmağa hazırlaşır. Axsam.az-ın məlumatına görə, bir müddət əvvəl hamiləliyi ilə bağlı yayılan xəbərləri cavabsız qoyan sənətçi bunu "Düzünü desək" verilişində təsdiqləyib. Proqramın qonağı olan Xuramanın qarnının böyüməsi diqqətdən qaçmayıb. Veriliş zamanı kreditdən danışan ifaçı etiraf da edib: "Mən avtomobili sevirəm. Kredit götürüb 120 min manata maşın almışdım. Sonra tövbə etdim. O gündən sonra avtomobilimi dəyişmirəm. Bəsimdir. İnsan gərək nəfsini cilovlasın. Allah deyir ki, var olanınla qane olmağa çalış. Kreditdə problem yox idi, normal ödəyirdim. Amma satıb daha bahalı maşın almaq istəyirdim".
Qeyd edək ki, Xuramanın bir qızı və bir oğlu var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31