Millət vəkilləri müğənni qızının toyunda - FOTO
13 Oktyabr 2014 16:43 MədəniyyətTanınmış aşıq-müğənni Solmaz Kosayeva paytaxt restoranlarının birində qızı Ülkərə toy çaldırıb.Milli.Az bildirir ki, publika.az-ın da qatıldığı toy mərasimində tanınmış şou-biznes nümayəndələri, mədəniyyət mənsubları ilə bərabər, millət vəkilləri də iştirak ediblər.Millət vəkilləri Nizami Cəfərov və İqbal Ağazadə Solmaz Kosayevanı təbrik edərək ona əziz qızının xoş günündə xoşbəxtlik arzulayıblar: "Solmaz xanım, siz türk dünyasının ən gözəl sənətkarlarından birisiniz. Sizin sazınız, avazınız hər zaman bizləri feyziyab edib. Sizin sənətinizə böyük dəyər veririk. Qızınıza xoşbəxtlik arzulayırıq".Bundan sonra hər iki millət vəkili Solmaz Kosayevaya qoşularaq qol qaldırıb oynayıblar.Toy xalq artisti Qəndab Quliyevanın mahnıları ilə başlayıb. Ardınca Vasif Məhərrəmli, Aşıq Samirə, Aşıq Telli Borçalı, Nüşabə Ələsgərli, Aşıq Namiq və digər sənətçilərin musiqi töhfələri ilə məclis daha da qızışıb. Sözügedən aşıqların Solmaz Kosayeva ilə birgə təqdim etdiyi kompozisiya toy şənliyinə məxsusi gözəllik qatıb.Ən maraqlı məqam isə toyda keçmiş və unudulmuş ənənənin dirçəldilməsi - nəmərin paylanması olub. Belə ki, şairə Nazilənin sürprizi olan nəmər - balaca səbətlərdə konfetlər - toy iştirakçılarına paylanıb. Məclisdə yalnız Azərbaycandan olan qonaqlar deyil, aşıq-müğənni Solmaz Kosayevanın sazına-sənətinə hörmət bəsləyən türk heyranları da qatılıblar.
Qeyd edək ki, Ülkərin nişanlısı olan təzə bəy Məhmət Türkiyə vətəndaşıdır və İqdır vilayətində yaşayır.
İxtisasca hüquqşünas olan Məhmət bəy gəlini də özü ilə İqdır vilayətinə aparıb. Qardaş ölkədə Məhmətlə Ülkər üçün daha bir toy mərasimi çalınacaq.