Rasim Balayevdən xəbər var

Xalq artisti: "Bunu reklam etmək istəmirəm"

Azərbaycanın xalq artisti Rasim Balayevin şəkər xəstəliyinə görə vəziyyətinin ağırlaşdığı və ayağında yara yaranması məlumatı yayılıb. Aktyor özü Anspress-ə açıqlamasında səhhətinin pisləşməsinə aydınlıq gətirib.. "Hər şey qaydasındadır. Camaat insulin vurdurur. Məndə isə buna ehtiyac yoxdur. Şəkəri yüngül keçirirəm. Hazırda müalicəmi davam etdirirəm, daima həkim nəzarətindəyəm", - deyə aktyor bildirib. Rasim Balayev onu da qeyd edib ki, "hər kəs xəstələnə bilər, onlardan biri də mənəm. Və bunu reklam etmək istəmirəm". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31