“Türkiyə Caz Festivalı” nın ikinci günüdə

Bakıda,  Türkyənin Azərbaycandakı   səfirliyinin təşəbbüsüilə   1-cisi keçirilən  "Türkiyə Caz Festivalı" nın ikinci günüdə baştutub.  "Olaylar"ın məlumatına görə, 10-16 Oktyabr  tarixləri arasında keçiriləcək festivalın ikinci günündə,  Türkiyənin məşhur caz ifaçısı  Senem Diyici  səhnəyə  çıxıb.  Diyici  konsertində  bir-birdən dəyərli caz  musiqilərini ifa edib. Fərqli  caz tərzi  ilə,  Azərbaycan tamaşaçılarına unudulmaz bir gecə yaşadan,  Senem Diyicinin musiqisevərlər ayaqüstə alqışlayıblar.  Diyicinin  konsrtinə,  Azərbaycanın tanınmış  kamança ifaçısı  Munis Şərifovda  dəvət edilib. M. Şərifov  kamança ifası ilə,  türkiyəli qonaqları heyran buraxıb.  Məlumat üçün bildiriək ki, Senem Diyicinin konsertində Türkiyənin Azərbaycandakı səfiri  Alper Coşkun və Azərbaycanda fəaliyyət  göstərən, Türkiyənin məşhur oper ifaçısı Oya Ergündə  iştirak edib. Onu da deyək ki,  konsert zamanı  Senem Diyici,  Oya Ergünü səhnəyə dəvət edərək ondan,  Azərbaycan mahnısı ifa etməsini  istəyib. O.Ergündə iki,  Azərbaycan xalq mahnısı oxuyub.  Məlumat üçün bildirək ki,  oktyabr aynın 10-dan 16-sına qədər davam  edəcək  "Türkiyə Caz" festivalı  çərçivəsində,  Türkiyədən bir çox tanınmış caz ustaları,  Azərbaycana gələcək. Onların sırasında  Şenay Lamdaoğlu, Evrim Demirel Ensemble və başqaları var. Festivalın son günü yəni  16 oktyabr,  Azərbaycanda fəaliyyət göstərən məşhur türk ifaçısı  Oya Ergünün konserti olcaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31