Hande Ataizinin səbr kasası daşdı
24 Avqust 2012 12:56 Mədəniyyət3 ildən bəri görüşdüyü amerikalı jurnalist Benjamin Harvi ilə sentyabrın 8-də toyu olacaq türk aktrisa və aparıcı Hande Ataizi toyu ilə bağlı yayılmış xəbərləri təkzib edib.
Milli.Az DHA-ya istinadən bildirir ki, o, Lavanda Otel-də dəbdəbəli, lüks toy olmayacağını bildirib.
Toyda taxtda oturacağı, xərclərin ödənməsi ilə bağlı sponsor axtarması barədə yayılmış məlumatlar aktrisanı hirsləndirib.
"Ölkədə indi çətin dövr yaşandığı halda belə xəbərlərin yayılması məni təəssüfləndirir", - Ataizi söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31