Faiq Ağayev barəsində şok iddia - FOTO
13 Oktyabr 2014 07:30 MədəniyyətXalq artisti Faiq Ağayevin bir jesti qalmaqala səbəb olub. Müğənni həmin fotonu İnstagram sosial şəbəkəsində paylaşıb. Milli.Az xəbər verir ki, əli ilə göstərdiyi həmin işarə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Fotonu digər profillərdə paylaşanlar bunun "mason keçisi" işarəsi olduğunu iddia ediblər.Məsələ ilə bağlı müğənninin cavabı gecikməyib. O, bütün iddiaları cəfəngiyyat adlandırıb."Müxtəlif ölkələrdə bu işarə fərqli anlama gəlir. Bu işarə sadəcə "biz gəlirik" anlamındadır. Başqa yozmanın həqiqətlə heç bir uyğunluğu yoxdur", - xalq artisti şərhlərdə qeyd edib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31