Hadise kişi müğənnini otelə çağırdı
O, bu addımı ilə bacısını sevindirib
12 Oktyabr 2014 10:18 MədəniyyətTürkiyəli müğənni Hadisenin bacısının ad günündə qohumlar bir araya gəlib.ANS PRESS-in məlumatına görə, Türkiyəli məşhur pop müğənni Hadise Açıkgöz bacısı Hülya Açıkgözün ad günündə İstanbulun Şilə rayonunda məşhur otellərdən birini bağlatdıraraq, qophumları ilə bir neçə saatlıq əyləncəli vaxt keçirib.
Hadise gecənin səbəbkarına sürpriz etmək üçün bacısının çox sevdiyi kişi müğənni olan Alişanı otelə çağıraraq səhnəyə çıxarıb. Alişan sevilən mahnıları ilə Açıkgöz ailəsinə xoş dəqiqələr yaşadıb.
Bundan başqa, Hadise anası Gülhinal xanımın sevdiyi müğənni Ceylanı da ad gününə dəvət etmək istəsə də, onun bu istəyi baş tutmayıb. Çünki həmin gecə Ceylanın konserti olduğu öyrənilib.
Qeyd edək ki, Hülya Açıkgöz məşhur müğənninin bacısı omaqla yanaşı, eyni zamanda meneceri kimi də fəaliyyət göstərir.