Elza Seyidcahan gəlininə mahnı yazdı
10 Oktyabr 2014 14:02 MədəniyyətƏməkdar artist Elza Seyidcahan gəlininə mahnı bəstələyib. "Axşam.az"ın məlumatına görə, müğənni bəstənin "Gəlinimiz" adlandığını söyləyib: "Bu mahnını Nadir Qafarzadə ilə duet şəklində oxuyacam. Gəlinimə və bütün gəlinlərə həsr edəcəm. Yaxın günlərdə təqdim edəcəyim duetlərdən birini də Elton Hüseynəliyevlə birlikdə səsləndirəcəm. İşlərim o qədər çoxdur ki, həmkarlarıma verdiyim sözü yerinə yetirə bilmirəm. Namiq Qaraçuxurlu, Günay İbrahimli ilə də duetlərimiz hazırdır. İmkan tapan kimi təqdim edəcəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31