Əməkdar artist: "Sevgilim burada yox, xaricdə yaşayır"
Almaz Ələsgərli “10LAR”da yeni etirafa imza atıb
10 Oktyabr 2014 11:38 MədəniyyətMilli.Az gecce.az-a istinadən xəbər verir ki, diva Aygün Kazımova bu yaxınlarda yeni sevgilisinin xaricdə yaşaması ilə bağlı etiraflar etmişdi. Görünür, onun bu açıqlamaları həmkarı Almaz Ələsgərovanı da etiraf etməyə vadar edib. Belə ki, sevib-sevilən müğənni çox xoşbəxt olduğunu, qızlarının onun seçiminə hörmətlə yanaşdıqlarını deyib. Daha bir maraqlı açıqlama verən Almaz sevgilisinin Azərbaycanda deyil, xaricdə yaşadığını da söyləyib. "O burada yox, xaricdə yaşayır. Gərək incəsənət adamı sevsin. Onda sənəti üzərində də işləməyə həvəs yaranır. Tənbəllik mənlik deyil. Uşaqlıqdan tənbəl olmamışam". Sevgi mövzusundan sənət mövzusuna məharətlə keçən Almaz yeni nəsil müğənniləri dürüst olmamaqda qınayıb. "İndikilər bu sənətə asan gəlirlər. Səviyyəsiz bir şayiə edirlər. Bir dənə də klip çəkdirirlər. Baxsan, heç səsi klipdəki səsə bənzəmir. Kompüterlə yığırlar. İndiki gənclər internetdəki baxış sayının çoxluğuna güvənirlər. Mənə belə şeylər çatmır. Əsas xalqın sevgisi olmalıdır".