Azərbaycanlı müğənni ərə gedir? - FOTO

Aygün Rəhimovanın gəlinliklə çəkdirdiyi şəkilləri yayımlanıb.
Milli.Az-ın məlumatına görə şou-biznesin gündəmindən uzaq düşməsinə baxmayaraq daim komplekssiz pozalarda çəkdirdiyi fotoları ilə medianın marağına səbəb olmağı bacaran müğənni-teleaparıcı Aygün Rəhimova bu dəfə də adətinə xilaf çıxmayıb.
Qeydiyyatda olduğu Facebook sosial şəbəkəsində gəlin paltarında şəkillər çəkdirib yayımlaması ortalığı qarışdırıb. Saysız-hesabsız təbriklərə cavab yazan Aygün ona xoşbəxtlik arzulayanlara təşəkkür edib. Amma o, fotoları nə səbəbdən çəkdirməsinə aydınlıq gətirməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31