Bülənt Ərsoy 20 yaşlı oğlana tamah saldı
Afyondakı konsert zamanı müğənni ayaqqabısını tamaşaçıya ataraq onu otağına çağırıb
23 Avqust 2012 18:19 MədəniyyətBayramın üçüncü günü Türkiyənin Afyon şəhərində 600 nəfərin izlədiyi bir salonda konsert verən Bülənt Ərsoy mahnılarının arasındakı fasilələrdə tamaşıçalarla zarafatlaşıb. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, müğənni tamaşaçıların arasında əyləşən gənc bir oğlana "Sənin neçə yaşın var?" deyə səslənib. "20 yaşındayam əfəndim" sözlərinə Ərsoy "Sən çox balacasan, səninlə üç ildən sonra görüşərik" deyərək reaksiya versə də, konsertin axırlarına yaxın ayaqqabısını çıxarıb həmin gəncə tullayıb və "Sən otağa qalx!" deyib.
Əlində müğənninin ayaqqabısı nə edəcəyini bilməyən gənc bir anda bütün salondakıların diqqət mərkəzinə çevrilib. Daha sonra Ərsoyun köməkçiləri ayaqqabını gəncdən alaraq müğənniyə qaytarıblar.