Yaşar Nuri Türkiyədə xəstəxanaya yerləşdirildi VIDEO

Aktyor yenidən müvafiq müayinələrdən keçəcək

Xalq artisti Yaşar Nuri Türkiyədə Amerika xəstəxanasına yerləşdirilib. O, burada müayinələrdən sonra müalicə kursu keçməlidir. Bu barədə xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva məlumat verib. Aktyor yenidən müvafiq müayinələrdən keçəcək və lazımi müalicə kursu müəyyənləşdiriləcək. Xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva isə aktyorun yanına bu gün axşam gedəcək. Yaşar Nurinin bu dəfə Türkiyədə nə qədər qalacağı məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31