Azərbaycanda “Türkiyədə caz” filminin təqdimatı olacaq

Türkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsüilə Bakı keçiriləcək "Türkiyə Caz Festivalı" çərçivəsində "Türkiyədə Caz" adlı filmin təqdimatı olacaq.
"Olaylar"ın məlumatına görə, 10-16 Oktyabr 2014- tarixləri arasında keçiriləcək festivalda təqdimat keçiriləcək "Türkiyədə Caz" filmin rejissoru Batu Akyoldur. Çəklişinə 2011-ci ildə başlanılan "Türkiyədə Caz" kinosu şifahi tarixə söykənən, Türkiyə cazının inkişaf yolundan bəhs edən ilk sənədli filmdir. Təxminən 50 adam ilə reallaşan reportajdan yığılan "Türkiyədə caz" hekayəsi, xronoloji sənədli kino kimi qiymətləndirilir.
Qeyd edək ki, "Türkiyədə Caz " filminin təqdimatı oktyabrın 13-də saat: 20:00 "28 Mall"da olacaq. Filmi izləmək istəyənlər üçün giriş sərbəstdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31