Xalq artisti yeriyə bilmir
“Habil Əliyev xəstələnəndən sonra evdən bayıra çıxmır”
3 Oktyabr 2014 19:48 MədəniyyətMilli.Az bildirir ki, bunu aznews.az-a açıqlamasında xalq artisti, tanınmış kaman ifaçısı Habil Əliyevin həyat yoldaşı bildirib. Onun sözlərinə görə, Habil Əliyevin müalicəsi hələ də davam edir: "Habil müəllimin belində ağrılar var. Yaxşı yeriyə bilmir, ona görə də bütün günü evdə olur. Tədbirlərə dəvət edirlər, amma getmək imkanı yoxdur". Həyat yoldaşı onu da vurğulayıb ki, Habil Əliyevi dostlar bir an olsun, tək buraxmır: "Yanına gəlirlər, gəlməyənlər də telefonla halını soruşur".
Qeyd edək ki, Habil Əliyevin bir müddət bundan öncə vəziyyəti ağırlaşaraq Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31