Hindistan qalibi olan azərbaycanlı rəqqasə yeni kliplə Bakıya qayıdır
3 Oktyabr 2014 14:21 MədəniyyətHindistanda "Indian best cinestar kikhoj" yarışmasının qalibi olan azərbaycanlı rəqqasə Oksana Rəsulova oktyabrın 5-də Bakıya qayıdacaq. O.Rəsulova fanatlarını özünü hava limanında qarşılamağa çağırıb. Rəqqasə media nümayənləri və tərəfdarları ilə oktyabrın 8-də görüşəcəyini bildirb: "Həm mətbuat konfransı, həm də yeni "Eşq" adlı klipimin təqdimatını keçirəcəm. Düşünürəm ki, sizinlə çox gözəl söhbətimiz olacaq. Hindistanla bağlı bütün suallarınıza cavab verəcəm". ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31