Günay Musayeva üçün önəmli mükafat
3 Oktyabr 2014 12:35 MədəniyyətTürkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva mükafat alıb. "Olaylar" xəbər verir ki, model Türk Cumhuriyyəti və türk dünyası ölkələrinin sənət aləmindəki fəaliyyətinə görə "Türkiyə-Azərbaycan adına sənət səfiri" nominasiyasında mükafatlandırılıb. Gecədə eyni zamanda TMB kanalı tərəfindən Kazan şəhərində keçiriləcək "Türkvision" yarışmasının Türkiyə təmsilçisinin tanıdılması da baş tutub. G.Musayeva əməkdaşımızla söhbətində noyabrın 22-də Kazana gedəcəyini və "Türkvision"da qonaq qismində iştirak edəcəyini bildirib. Yarışma çərçivəsində baş tutacaq defilədə Günay baş model olaraq podiuma çıxacaq.
Qeyd edək ki, gecədə mükafat alan həmyerlilərimiz arasında xalq artisti Brilliant Dadaşova da olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31