Keçəçioğlu Məhəmmədin anadan olmasının 150 illik yubileyi keçiriləcək
2 Oktyabr 2014 17:50 Mədəniyyət3 oktyabr tarixində saat Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin (Məhəmməd Məşədi Xəlil oğlunun) anadan olmasının 150 illiyinə həsr edilmiş yubiley tədbiri keçiriləcək. Tədbirdə Xalq Artistləri Səkinə İsmayılova, Zabit Nəbizadə, ifaçılar Qocaq Əsgərov, Güllü Muradova, Səbinə Ərəbli, Elnur Zeynalov, Aytən Məhərrəmova, Vüsalə Musayeva və başqaları çıxış edəcəklər. Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında mühüm yer tutan Keçəçioğlu Məhəmməd milli musiqimizin qədim tarixi köklərə malik ənənələrini layiqincə yaşatmış, xüsusən klassik muğamların bənzərsiz və unudulmaz ifaçısı kimi Azərbaycanın çoxəsrlik mədəniyyət xəzinəsinə qiymətli töhfələr verib. ("OLAYLAR"İA)