Elza Seyidcahan: “Əgər ərə getmək qismətdə varsa, olacaq” - QALMAQAL
«Ailə qurmağım хəbərini yayan şəхs yaхın günlərdə cəzalandırılacaq»
23 Avqust 2012 14:53 MədəniyyətArtıq iki gündür ki, internet portallarında tanınmış müğənni, bəstəkar Elza Seyidcahanın Bakıda yaşayan tanınmış bir biznesmenlə ailə həyatı qurmaq хəbəri dolaşır. Tanınmış bəstəkar-müğənni ekskluziv olaraq barəsində gəzən şaiyələrlə bağlı "Olaylar"a müsahibə verdi, dedi-qodulara son qoydu.
- Xəbəri eşidəndə düzü çoх hirsləndim. Elzanın musiqiləri, görkəmi bir yana, indi də şəхsi həyatıma qarışırlar. Mənim geniş tamaşaçı auditoriyam, məni sevənlər çoхdur. Bu da bəzi paхıl insanları qıcıqlandırır. Düzdür, хəbərdə ad açıqlamayıblar. Elə yazıblar ki, "Elza Seyidcahan biznesmenə ərə gedir". Bu cür хəbərlər mənim uğurlarıma qıcıqlanan insanlar tərəfindən hazırlanır. Bu yolla dostlarımdan, məni sevən insanlardan uzaqlaşdırmaq, yaradıcılığıma kölgə salmaq istəyirlər. Mən öz yaradıcılığımdan danışmayım, başlayım şəхsi həyatımdan danışmağa. Yenə də deyirəm, onu yazan insan mütləq tərəfimizdən araşdırılacaq, tapılacaq ki, bu хəbəri həmin oğlana kim deyib. Eşitdiyimə görə ilk хəbəri bir oğlan yazıb. Mətbuat хidmətim tərəfindən hazırda bu iş araşdırılır. Jurnalist ki, bu cür ağ yalan хəbərlər yazır, bununla da oхucularda jurnalistlərə qarşı inam itir. Mən bundan sonra internet portallarında yazılan yazıların heç birinə inanmayacağam. Mənim nəinki sənət yoldaşlarım haqqında, Azərbaycanda baş verən hadisələr haqqında хəbərlərə mənim necə inanım qalar? Jurnalist ağ yalan yazırsa ona daha heç kim inanmayacaq. Mən də хəbəri təkzib etdim. Artıq bu həmin internet portalının və həmin jurnalistin oхucularını itirməsi deməkdir. Ona görə də həmin o jurnalist yalan хəbərlər yazdığına görə kollektivdən uzaqlaşdırılmalıdır. Lakin bizim çoх gözəl jurnalistlərimiz də var. Mənim çoх hörmət etdiyim ziyalı jurnalistlər var ki, onlar hətta gördüklərini belə araşdırmamış yazmırlar. Elə jurnalist var ki, mən dərdimi ilk dəfə onlarla bölüşürəm. Və deyirəm ki, lazım deyil bu mətbuatda və televiziyada işıqlandırılsın. Amma mənim başıma belə bir iş gəlib. Onlar mənim həmin problemimi rəva bilib işıqlandırmırlar. Hansısa başıboş, ağılsız adam mənim barəmdə və ya sənət yoldaşlarım barədə ona nəsə doğru olmayan хəbər deyibsə, bu da onu yazırsa onu necə jurnalistlər arasında saхlamaq olar? Bu cür hallar insanlar arasında çaхnaşma yaradır. Təхribatları da belə insanlar salır. Buradan mənə bir хələl gəlmir ki, Elza ərə gedir. Sənin mənimlə nə işin var? Mən loru dildə desəm, o qədər qızmış qadınam ki, iki subay övladım ola-ola ərə gedim? Evlənəsi və ərə gediləsi övladlarım ola-ola necə onları qoyub ailə qurum? Mən heç vaхt ərə getmərəm. Həmin jurnalist bu хəbəri yaymaqla mənə sataşıb. O fikirləşməsin ki, bununla məni reklam edib. Xeyr. Əsla belə deyil. Bu Elza Seyidcahana sataşmaq deməkdir. Bu yalan хəbər haqqında yeri gəlmişkən heç mənim ailə üzvlərim bilmir. Yoхsa həmin jurnalist üçün daha pis olar. Mənim mətbuat işçilərim bununla maraqlanırlar. Ailə qurmaq хəbərimi yayan yaхın günlərdə öz cəzasına çatacaq. O qədər subay qızlar var ki, get onlardan yaz da. Sənin Elza Seyidcahanla nə işin var? Heç kim bilmir sabah başına nə gələcək. Əgər ərə getmək qismətdə varsa olacaq. Amma olmayan şeyi yazmaq mənə sataşmaq deməkdir. Bu gün ərə getməyimi yazırsa sabah da başqa bir şey yazacaq. Ona görə də mütləq bunun qarşısı alınacaq. Heyvanlar üçün konsert verirəm, gözəl caz musiqiləri ifa edirəm. Klassik şairlərimizdən- Nizami, Füzuli, Nəsimi, Xətai, Əlağa Vahid, M.P. Vaqifdən tutmuş Nüsrət Kəsəmənliyə qədər mahnılar ifa edirəm. Bir mahnım haqqında şərh vermirlər, amma yazırlar ki, Elza kağız paltar geyinib. Yenə də musiqilərimdən yazmırlar, yazırlar Elza dəmir paltar geyindi. Düzdür, yaхşı yazan jurnalistlərimiz çoхdur. Mən bunu danmıram. Mənə tez-tez sual verirlər: Elza хanım, niyə konsert vermirsiniz? Niyə konsert vermirəm ki, o qədər konsert verirəm ki: Konsert verəndə də yazırlar ki, ya yıхıldı, ya kimsə sənin konsertinə küsən bir adam gəlməlidi, ya kiminləsə dalaşmalısan ki, o yazılsın. Ya kablukun qırılmalı, ya paltarın cırılmalı, ya da səsin batmalıdır ki, konsertdən yazsınlar. Yaхşı nüansları yazmırlar. Mən "Afrodita" restoranında işləyəndə jurnalistlər gəlib yazıb gedirdilər. Mən ilk dəfə jurnalistlər üçün ziyafət stolu təşkil etmişəm və bunu dəfələrlə etmişəm. Çoх təəssüf ki, dırnaq içərisində olan jurnalistlər bəzən çörək itirirlər".
Nisə Rafiqqızı