Namiqin ailəsinə ağır itki- Toyu təxirə düşdü

Meyxanaçı Namiq Qaraçuxurlu 2015-ci ilin ilk aylarında toy edəcəyini demişdi. "Qafqazinfo" axşam.az-a istinadən xəbər verir ki, sənətçinin xeyir işi təxirə düşüb. Buna səbəb isə ifaçının bibisinin dünyasını dəyişməsi olub. Bu haqda N.Qaraçuxurlu əməkdaşımızla söhbətində bildirib: "Demişdim toy edəcəm. Amma üç gün əvvəl bibim dünyasını dəyişdi. Ailəmizdə ağır günlərdir. Buna görə də toyu təxirə saldıq. Ya bibimin ailə üzvlərinin xeyir-duasını alıb, toyu edəcəyik, ya da ilin çıxmasını gözləyəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31