Azərbaycanlı müğənni: "Bütün işimi-gücümü atıb eşq dalıyca qaçmayacam ki..."

Müğənni Könül Kərimova sevgi hisslərindən danışıb

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Şoubiz+" verilişinə açıqlamasında onun üçün şəxsi həyatın önəmli olduğunu bildirib: "Sevgiyə vaxtım yoxdur. Bu dəqiqə oğlumun qız sevən, qızımın istənən, qapımın döyülən vaxtıdır. Hazırda mənim sənətim axırdadır. Sevgimin ünvanı olmayıb. Ömrüm boyu sevgini axtarmışam. Hər bir insanın daxilində məhəbbət var. Bütün işimi-gücümü atıb eşq dalıyca qaçmayacam ki... Bunu heç övladlarıma da arzulamıram". K.Kərimova gənc ifaçıların ünvanına sərt sözlər deyib: "Çox tənbələm. Buna görə də, irəli gedə bilmirəm. Əgər həvəsim olsaydı, aləmi alt-üst edərdim. Bu gün gündəmdə olanların 30-40 faizinin sənəti yoxdur. Onların ağlı sənəti olanlardan azdır. Mənim sponsorum olmayıb. Gənclərə demək istəyirəm ki, oturub gözləməyin, kimsə sizə dəstək olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31