Türk seriallarının iki ulduzunun ailəsi dağılır

Türkiyədəki teleseriallardakı rolları ilə populyarlaşan aktyor Engin Altan Düzyatan və aktrisa Neslişah Alkoçlar avqustun 28-də evlənmiş, toy etmişdilər. Toydan cəmi bir ay keçib, amma ailə artıq dağılmaq üzrədir. Milli.Az AHT-yə istinadən bildirir ki, Enginle Neslişahın münasibətləri gərilib, onlar boşanma barədə düşünməyə başlayıblar. Fəqət, onlar qəti qərar verməyə tələsmirlər. Düzyatan və Alkoçlar məsləhətləşərək münasibətlərini bir il sınayacaqlar. O da vurğulanır ki, təzə bəylə gəlinin arasında "soyuq yellər" əsməsinin səbəbi Engin Altan Düzyatanın ailəsinin gəlinə "bizə üç övlad dünyaya gətirəcəyini demişdin: vədini unutmayıbsan?!" söyləməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31