"Elə müğənnilərimiz var ki, cırıq cins geyinməklə..."

Əbdül Xalid “Muzlife” da od-alov püskürüb

Gecce.az xəbər verir ki, sənətçi kişi həmkarlarını özü kimi olmamaqda qınayıb. Onun dediyinə görə, əsl kşi obrazını yaradanlar sırasında İlqar Muradov, Emil və Yaşar dururlar. "Elə müğənnilərimiz var ki, cırıq cins geyinməklə, saçını qaldırıb piramida şəklində düzəltməklə müasir görünəcəklər. Kişi xarakterini göstərməlidir. Olduğunuz kimi görünün. Şəxsən mən Rəhimi çox bəyənirəm. Onun həyatdakı və səhnədəki xarakteri eynidir. Nə geyinsə, ona yaraşır". Gördükləri ilə barışa bilməyən Xalid, dostlarının etdiyi məsləhətləri qətiyyən qəbul edə bilmir. "Mənə deyirlər ki, sən də saç düzümünü dəyiş, başına bandana bağla. Gör necə gülməli görünər. Fakt məni belə tanıyıblar. Mən saçımı piramida kimi düzəltsəm, nə olacaq ki?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31